Ailə daxili şiddət

Vikipediya, azad ensiklopediya
Jump to navigation Jump to search
Scales of justice
Təcavüz
 
Ümumi anlayışlar
Şiddət
Təzyiq
Zülüm
Fiziki istismar
İşgəncə
Uşaqların cinsi istismarı
Ailə daxili şiddət
Psixoloji istismar
Hörmətdən salma
Göz dağı vermə
Qrup şəklində təcavüz
Qoçuluq
Psixoloji işgəncə
Çətin yolla razısalma
Qurbana görə təcavüz
Heyvanlara yönələn şiddət
Məhbus istismarı
iş yerində şiddət
Günahkara görə
Polis şiddəti
Hüquq portalı

Ailə daxili şiddət və ya zorakılıq - Bu anlayış barədə indi hətta körpə uşaqlarımız da bilir. Bəlkədə səbəb bu dövrümüzdə zorakılığın çox baş verməsidir?! Əvvəllər də yəni, yüz il bundan əvvəl də zorakılıq olub, yüz il bundan sonra da olacaq və bu gündə aktual məsələlər sırasındadır.Zorakılıq sözünün mənası "hücum etmək" deməkdir. Qarşı tərəfi və ya tərəfləri öz istəyinə uyğun, öz mənafeyinə uyğun davranması üçün zorlayan, zor tətbiq edən deməkdir. Zorakılıq deyəndə əksəriyyətimizin beynində "döymək", "cinsi zorlama" və.s fiziki zorakılıq canlanır. Amma zorakılıq təkcə bunlarla məhdudlaşmır.

Zorakılığın 3 növü var. 1.Fiziki zorakılıq 2.Psixoloji zorakılıq 3.Sosial zorakılıq Fiziki zorakılıq deyəndə adından da bəlli olduğu kimi döymək, cinsi təzyiq və.s fiziki güc hesabına edilən davranış nəzərdə tutlur. Psixoloji və ya mənəvi zorakılığa hədələmə, verbal təhqir, gözlə və jestlə təzyiq, şantaj, cinsi zorakılıq və.s aiddir.Biz zorakılıq deyəndə təkcə fiziki mənada başa düşsək də insana ən böyük travma verən və uzunmüddətli təsir, iz qoyan məhz psixoloji zorakılıqdır. Verbal təhqir sözlə edilən təhqirdir.Söz var kəsdirər başı, söz var kəsər savaşı. Doğurdanda sözün gücü böyükdür. Verbal təhqirə əqli və fiziki inkşafı əngəlləyən bütün sözlər daxildir. Gözlə təzyiq-deyəndə insanın öz aqressiyasını gözləri ilə göstərməsi nəzərdə tutulur. Əslində bu doğru deyil. çünki insan öz aqressiyasını başqasının üzərinə tökməməlidir. Belə ki, hər bir insanın daxilində sevinc, nifrət hissi ilə yanaşı aqressiya hissi də var. Və bu aqressiya insanın özünə xasdır. Kənar qıcıqlandırıcılar olsada, bizim aqressiyamızın üzə çıxmasına şərait yaransa da insan fikirlərinə hakim olduğu kimi, öz hisslərinə də hakim olmağı bacarmalıdır. Valideynin uşağa göz ağartmağını adi bir hərəkət hesab etsək də əslində, qonaqlıqda və ya insan çox olan yerdə bunu bizə qarşı etmələri bizim fikirmizi azad şəkildə ifadə etməyə mane olur və belə halların təkrarlanması həm cəmiyyət içində sözümüzü ifadə edə bilməməyə və həm də özümüzə olan inamı itirməyə və həmişə kimdənsə asılı olmağa gətirir.Və həmişə də fikrimizi bildirəndə qorxuruq ki, birdən valideynimizin xoşuna gəlməz. Jestlə təzyiq-burada əl-qol hərəkətləri ilə göstərilən davranışlar daxildir. Sosial zorakılıq-bu növ şiddət də Azərbaycanda çox yayılıb. Adından da göründüyü kimi cəmiyyətdən kənar edərək edilən zorakılıqdır.məs: Kişilər qadınlarını işləyə qoymurlar və ya hər hansı bir yerə getməyə icazə etmirlər. Qarşı tərəfin aqressiyasının başqasının üzərinə tökülməsi zorakılıqdır. Hər bir insanın daxilində sevinc, nifrət, sevgi, kin, hörmət, ehtiram hissləriylə yanaşı aqressiya hissi də var. Aqressiya dedikdə insanın başqa adamlarla problem yaratması, fiziki, maddi və mənəvi ziyan vurması başa düşülür. Aqressivlik insanlara bilərəkdən xələl yetirmək cəhdidir. Bu gun aqressiyanın hamı tərəfindən qəbul edilən izahı yoxdur. çünki hamı aqressiyanı öz psixikasına, öz şəxsi həyat təcrübəsinə görə izah edir. Delqadoya görə aqressiya dedikdə ədavətlilik, hücum, dağıdıcılıq aktları yəni digər insanlara və obyektlərə xələl gətirən, ziyan yetirən əməllər nəzərdə tutulur. Morrison aqressiyanı hökmranlığa meyl kimi, Xorni və From isə insanı əhatə edən ədavətli reallığa şəxsiyyətin reaksiyası kimi izah edirdi. Zorakılığın kokündə də aqressiya durur. Zorakılıq da insanın aqressiyasının müəyyən şəraitdə və ya situasiyada mənfi reaksiya olaraq büruzə verilməsidir. Psixoloji zorakılıq dedikdə isə insanın mənəvi təzyiqə məruz qalması başa düşülür. Kütləvi informasiya vasitələrindən demək olar ki, hər gün ən çox eşitdiyimiz sözlərdən biri də zorakılıqdı. Zorakılıqlar çoxdur. Amma bunların arasında insana ən acı və daha təsirli olanı psixioloji zorakılıqdı stər fiziki zorakılıq, istərsə də sosial zorakılıq az müddətdə keçir. Psixoloji zorakılıq isə digərlərindən fərqli olaraq qalıcı və uzun müddətli təsirə malikdir. Travmaların yaranmasının bilavasitə kökündə psixoloji zorakılıq dayanır. Zorakılığa meyilli olan insanların keçmişdə yaşadıqları zorakılığı gələcəkdə tətbiq etməsindən heç kimin şübhəsi olmasın.

QADINLAR VƏ ŞİDDƏT[redaktə | əsas redaktə]

Araşdırmalar da göstərir ki, tarix boyu şiddətlə ən çox qarşılaşan və zorakılığa məruz qalanların qadınlardır. Bu şiddətin ilk görüldüyü yer olaraq qadının üzvü olduğu ailə təşkilatı qarşımıza çıxır. Qadınlar cinsiyyətin təyin olunduğu andan etibarən kişi suveren cəmiyyət qanunların etibarlı olduğu bir dünyada, kişilərin söylədikləri cinsiyyətçi bir nizam içində şəxsi həyatlarında, ya da ictimai sahədə müxtəlif şiddət hadisələri ilə qarşılaşır. Tarix boyu qadına şiddət tətbiq kişi nüfuzunun xaricə biruzə verdiyi qanuni yollarından biri olaraq görülür və bunun səbəbi yazılı və şifahi ictimai qaydalarla qadına istiqamətli şiddət xoş görülməsi, hətta dəstəklənməsidir. Kişiyə güclü və idarəçi imici çəkilərkən, qadın təzyiq altında tutulur və qadın ətrafındakı mənfi olan hər şeydən özünü məsul tutmağa başlayar. Beləcə, öz daxilində dincliyi və uyğunlaşmasını tuta bilmir, hədəfləri və özü üçün əhəmiyyətli olanlar üçün döyüşəcək gücü özündə tapa bilməz və hər şeyə "bəli" deyər. Qadının çarəsiz rəftarı kişinin şiddət tətbiqinə yol açar. Buna şahid olan ailənin digər kiçik üzvləri əvvəlcə inanmama və inkar, ardından itkin və qayğı yaşayaraq valideynlərin davranışlarını model olaraq götürərlər. Və irəlidə şiddət tətbiq edən və ya tətbiq olunan fərdlər olmaq üçün risk meydana gətirərlər. Qız uşaqlarının istənilməməsi, əhəmiyyət verilməməsi, oğlan olana qədər uşaq dünyaya gətirmə şəklində cinsi ayrıseçkilik edilərək başladılan qadına istiqamətli şiddət, qız uşaqlarının məktəb çağında məktəbə göndərilməyərək təhsil haqqının əlindən alınması, yeniyetməlik dövründə öz fiziki inkişafını tamamlamadan evləndirilməsi və evləndikdən sonra da həyat yoldaş tərəfindən fiziki, psixoloji, cinsi ölçüdə ailə daxili şiddət olaraq da hər yaş və hər dövrdə fərqli şəkildə görülür. Hələ məktəb dövründə Qız uşağı oxuya bilməz? "Oxuyub nə olacaq?" kimi ayrı-seçkilik edilərək məktəbə göndərilməyib, oğlanların oxudulması ya da ən çox qız uşaqlarının ibtidai məktəbə qədər göndərilib sonra oxuma haqqının əlindən alınması ilə qadınlar şiddətə açıq hala gəlirlər. İş həyatında da qadınların çoxu qadın işi deyilən və mütəxəssislik tələb etməyən maddi gücü az olan işlərdə işlədilir. İşə götürmədə prioritetin kişiyə, işdən çıxarılmada prioritetin qadına verilməsi, yüksəlmələrdə bərabərsizliklər qadının iqtisadi olaraq güclənməsi maneə törədilməyə çalışılaraq edilən şiddət tipləridir. Bu da qadını iqtisadi olaraq kişidən asılı hala gəlməsinə səbəb olur. Hər gün yaşanan minlərləcə hadisədən yalnız qadının ölümü və şikəst olmasıyla nəticələnənlər mətbuata əks olunmasına baxmayaraq, yenə də qəzetlərdə qadına istiqamətli şiddət xəbərlərinin iştirak etmədiyi gün yoxdur. Mətbuatda bu qədər çox iştirak etməsinə baxmayaraq mediadakı xəbərlərin iştiraketmə forması ümumiyyətlə şiddəti qızışdıracaq və qadınları bir dəfə də zərər çəkmiş edəcək xüsusiyyətdədir. Yenə Azərbaycanda media orqanları qadına istiqamətli şiddəti əks etdirərkən ümumiyyətlə tərəfli davranmaqda, şiddət hadisəsini şiddət tətbiq edən kəslərin izah etdiklərinə görə şərh olunmaqda sanki şiddətə uğrayan qadını günahkar vəziyyətə salır. Beləcə media şiddətin mənfiliyini ifadə etmək yerinə qadınların ənənəvi dünyagörüşünə uyğun gəlməyən davranışları qarşısında şiddətə məruz qalmasının normal bir nəticəsi olduğu mesajını verir. Hər nə şəkildə şiddət görərsədə görsün qadının yaşadığı bu şiddət onun şüurlu, psixi, cinsi, fiziki, sağlamlıq problemləri yaşamasına səbəb olur. Sağlam olmayan qadın sağlam nəsillər yetişdirə bilməz və eyni zamanda da uşaqlıq dövründə şiddətə şahid olan ya da yaşayan uşaqsa bu şiddəti həyatının hər sahəsində ümidsizlik, depressiya, günahkarlıq, ambivalent duyğularla yaşamağa davam edər. Araşdırmalara görə, ailə daxilində təzyiqə, şiddətə məruz qalan qadınlar məhz təhsilli və öz hüquqlarını bilən, onu qorumağa çalışan qadınlardır. Savadsız və heç bir təhsili olmayan qadınlar daha az şiddətə məruz qalırlar. Bu qədər gender bərabərliyindən danışılsada dünya yaranandan bəri qadınlara qarşı zorakılıq istər fiziki, istər psixoloji, istərsə də sosial zorakılıq olub və hələ də davam etməkdədir. Amma son dövrlərdə qadınlar da öz sözünü deməyə çalışırlar. Qadına istiqamətli şiddət dünyadakı ən məşhur ancaq ən az təyin olunmuş insan haqqları sui-istifadəsidir. Dünyada ildə 3,5 milyon adam şiddətdən şikayətlənir. Şiddət tarix boyu demək olar ki, bütün cəmiyyətlərdə görülüb.Ənənəvi qadınlıq rolu gözləmələri qadına sanki "qurban" mövqesində qalmasına təşviq edir. Qadınlar "öyrənilmiş acizlik"ləri səbəbi ilə taleyinə boyun əyir. Halbuki gözəlliklərdən özlərinə ayıracaq, şüşə bölməni qaldıracaq "güc" hər insanda vardır. Yetərki qadınlar öz dünyalarının möhtəşəmliyi və sərhədsiz gücü ilə tanış olsunlar.

Mənbə[redaktə | əsas redaktə]