Halifaks

Vikipediya, azad ensiklopediya
Jump to navigation Jump to search
Regional Bələdiyyə
Halifaks
ing. Halifax
Halifax Montage May 2015.jpg
44°38′52″ şm. e. 63°34′17″ q. u.
Ölkə Kanada Kanada
Rayon Yeni Şotlandiya
Mer Mayk Saveyc
Tarixi və coğrafiyası
Əsası qoyulub 1749 (kiçik şəhər)
1842 (şəhər)
1 aprel 1996 (regional bələdiyyə)
Sahəsi 5.490,18 km²
Mərkəzin hündürlüyü 145 m
Saat qurşağı UTC−4
Əhalisi
Əhalisi 414.400 nəfər (2014)
Rəqəmsal identifikatorlar
Nəqliyyat kodu 902
halifax.ca/home/  (ing.)
Xəritəni göstər/gizlə
Halifaks xəritədə
Halifaks
Halifaks
Commons-logo.svg Vikianbarda əlaqəli mediafayllar

Halifaks (ing. Halifax) — Kanadanın Yeni Şotlandiya əyalətinin paytaxtı. 1996-cı ildə ətrafındakı kiçik şəhərlərlə birləşərək Halifaks regional bələdiyyəsini (ing. Halifax Regional Münicipalıty və ya qısaca HRM) əmələ gətirmiş və bu tarixdən etibarən şəhər bu statusla tanınmışdır. 2014-cü ildəki siyahıalmaya görə şəhər əhalisi 414.400 nəfərdir və Kanadanın Atlantik əyalətlərinin ən böyük şəhəridir.

Şəhərin şüari "Dənizdən sərvət" (lat. "E Mari Merces") şəklindədir.

Tarixi[redaktə | əsas redaktə]

Avropalılar bu ərazidə ilk dəfə Halifaks yarımadasında məskunlaşmışdırlar. Şəhər kimi 1749-cu ildə tanınmışdır. Şəhər adını buradakı koloniyaya başçılıq etməyə təyin olunan Qraf Halifaksdan almışdır.

Şəhərin qurulması Ata Le Lutr müharibəsinin ilk illəri ilə üst-üstə düşür.

İqlim[redaktə | əsas redaktə]

Şəhərin iqliminə ən çox Atlantik okeanı təsir göstərir. İqlim Orta Kanadadakı iqlimə nisbətən daha yumşaqdır. Şəhərin mərkəzi hissələrində temperatur -15 °C ilə 35 °C arasında dəyişir. Sahil zonasında qış daha yumşaq, yay daha sərin keçir.

İqtisadiyyat[redaktə | əsas redaktə]

Halifaks şərqi Kanadanın ən əhəmiyyətli iqtisadi mərkəzlərindən biridir. Halifaksda bir çox şirkətin binası yerləşir. Yeni Şotlandiya əyalətinin paytaxtı olduğundan şəhərdə hökumət qurumlarının binası vardır.

Şəhər iqtisadiyyatının əsasını mədəncilik, əkinçilik, odunculuq, balıqçılıq, təbii qaz çıxartmaq təşkil edir.

Təhsil[redaktə | əsas redaktə]

Şəhərdə Dalhouzi Universiteti, Sent Meri Universiteti, Mount Sent Vinsent Universiteti, Kinqs Kolleci Universiteti, Atlantika Teologiya Məktəbi, NSCAD Universiteti və Sent-Anna Universiteti yerləşir. Şəhər şərqi Kanadanın universitet mərkəzlərindən biridir.

Qardaş şəhərlər[redaktə | əsas redaktə]

Qalereya[redaktə | əsas redaktə]

Xarici keçidlər[redaktə | əsas redaktə]