Twitter

Vikipediya, azad ensiklopediya
Jump to navigation Jump to search
Twitter
Twitter bird logo 2012.svg
Twitter homepage.png
URL twitter.com​ (ing.)
Tipi mikrobloq servisi
Qeydiyyat bəli
Dilləri çoxdilli
Proqramlaşdırma dili JavaScript, Ruby, Scala, Java[3]
Sahibi Twitter Inc
Müəllif
Açılma tarixi 21 mart 2006 (2006-03-21)[2]
Alexa reytinqi 42[4]
Commons-logo.svg Vikianbarda əlaqəli mediafayllar

Twitter (azərb. Tvitter‎, digər mənaları) — onlayn sosial şəbəkə və mikroblogging xidmətləri təklif edən sayt. Onun vasitəsi ilə istifadəçilər 140 işarəlik “tvit” adlandırılan mətn sms-ləri göndərə bilirlər.

Twitter 2006-cı ilin mart ayında Cek Dorsi və Cüli tərəfindən yaradılmışdır. Qısa müddətdə sürətlə məşhurlaşan Twitterin, 2012-ci ildə 500 milyon istifadəçisi, gündəlik 340 milyon tviti və gündəlik 1,6 milyard axtarışı olmuşdur.[5][6] Təqdim edildiyi dövrdən, Twitter dünyada ən çox ziyarət edilən on saytən siyahısına daxil olmuş və “İnternetin SMS-i” kimi tanınmışdır.[7][8] Hətta qeydiyyatdan keçməmiş istifadəçilər də, göndərilmiş tvitləri oxuya bilirlər.[9]

Twitter Inc. San-Fransiskoda yaradılsa da, onun server və ofisləri Nyu-York, BostonSan-Antonio şəhərlərində də vardır.

Tarixi[redaktə | əsas redaktə]

Yaradılması və ilkin reaksiya[redaktə | əsas redaktə]

2006-cı ildə Cek Dorsi tərəfindən çəkilmiş SMS əsaslı sosial şəbəkə yaradılması eskizi.

Tvitterin mənşəyi Odeo tərəfindən podkastinq edilən “gün ərzində beyin fırtınası sessiyası”na əsaslanır. Hələ Nyu-York Universitetində tələbə olduğu dövrdə Dorsi şəxsi SMS sistemini yoldaşları ilə bölüşməyə balamışdı.[10][11] Layihənin sonradan Noy Qlassa aid edilən[12] kod adı “twttr” Vilyams tərəfindən yaradılmış, Flickr və beş hərfli Amerika qısa SMS kodlarından təsirlənmişdir. Layihənin hazırlanması zamanı ilkin olaraq qısa kod kimi "10958" nəzərdə tutulsa da, sonradan daha yaddaqalan olması üçün "40404" qısa koduna üstünlük verilmişdir.[13] Layihə üzərində işlər 21 mart, 2006-cı ildə başlamış və 9:50 PM-də (PST) Dorsi ilk tvitini ataraq “mənim twttrimin yaradılmasına başlınıldı” demişdir:[2]

" “…biz 'twitter' sözü üzərində dayanmaq qərarına gəldik və bu ən yaxşı variant idi. Tərif olaraq 'ardıcıl olmayan informasiyaların qısa partlayışı' və 'quşların cikklitisi' ifadələrini fikirləşdik. Bu isə həqiqətən də istehsal etməyə çalışdığımız məhsulu izah edirdi.”
Cek Dorsi.[14]
"

Twitterin ilk prototipi Odeo işçilərinin daxili istifadəsi üçün nəzərdə tutulmuş[15]15 iyul 2006-cı ildə tam versiya təqdim edilmişdir.[16] 2006-cı ilin oktyabrında Biz Stoun, Evan Vilyams, Cek Dorsi və keçmiş Odeo üzvlər də daxil olmaqla, layihənin əsas iştirakçıları “Obvious Corporation” adlı şirkətdə birləşirlər və bu şirkət Odeo.com və Twitter.com da daxil olmaqla Odeonun bütün aktivlərinə sahib olur.[17] Vilyams, 2011-ci ilə qədər Twitterdəki hissələri haqqında susan Qlası işdən uzaqlaşdırır.[18] 2007-ci ilin aprelindən Twitter onun şəxsi kompaniyasının tərkibinə daxil olur.[19]

Twitterin məşhurlaşmasında 2007-ci ildə keçirilən “South by Southwest Interactive” (SXSWi) konfransı mühüm təsirə malik olur.[20] Tədbir günlərində istifadəçilərin sayı artmaqla yanaşı, gündəlik tvit sayı 20.000-dən, 60.000-ə çatır.

" “Twitter”i təmsil edən gəclər ağıllı hərəkət edərək konfrans zallarına gedən dəhlizlərdə saytdakı tvit yenilənmələrinin göstərildiyi 60 dinoqanallı monitorlar yerləşdirmişdirlər.” deyə “Newsweek”dən Stiven Levi qeyd edir. “Yüzlərlə konfrans iştirakçısı bu və ya digər şəkildə öz tvitterləri ilə daimi ünsiyyət saxlayırdılar. Panelçilər və çıxışçılar tez-tez Twitter haqqlnda bəhs edir, bloggerlər isə sürətlə öz hesablarını yaradırdılar.”[21] "

Konfransda yeni sayta göstərilən reaksiya olduqca pozitiv idi. Blogger Skot Beyl qeyd edir ki, Twitter konfransı “tamamilə ələ almışdı”. Sosial proqram tədqiqatçısı Dana Boyd qeyd edir ki, Twitter konfransa “sahiblənmişdi”.[22] Twitter heyəti konfransın Web Award mükafatını almış və qeyd edilmişdir ki, “140 işarəli və daha qısa mətnlərə görə onlara təşəkkür edilir.”[23]

Yer kürəsindən kənardan ilk tvit NASA astronavtı T.J. Kramer tərəfindən Beynəlxalq Kosmik Stansiyadan 22 yanvar, 2010-cu ildə atılmışdır.[24] 2010-cu il, noyabrın sonlarından astonavtlar tərəfindən göndərilən tvitlər @NASA_Astronauts akkauntu altında toplanmağa başladı. Həmçinin NASA 25 “tweetup” təşkil etmişdir ki, burada NASA obyektlərinə VIP baxış təmin edilməklə, natiqlərə NASA-nın sonrakı təbliğat işlərində sosial şəbəkələrin imkanlarından istifadə etmək imkanı verilmişdi.

2010-cu ilin avqustunda “News Corp. Fox Audience Network”dən Adam Beyn kompaniyanın maliyyə işləri üzrə rəhbəri təyin edildi.[25] 14 sentyabr 2010-cu ildə Twitterin, loqo da daxil olmaqla yeni dizaynı təqdim edildi.[26]

İnkişafı[redaktə | əsas redaktə]

Kompaniya qısa zamanda çox sürətlə genişlənməyə başladı. 2007-ci ildə artıq rüblük 400.000 tvit göndərilirdi. 2008-ci ildə bu göstərici artaraq rüblük 100 milyon tvitə çatmışdı. 2010-cu ilin fevral ayında artıq gündəlik 50 milyon tvit göndərilirdi.[27] 2010-cu ilin martında 70.000 tətbiqlə kompaniya rekorda imza atmışdır.[28] 2010-cu ildə gün ərzində 65 milyon tvit göndərilirdi ki, bu da saniyədə 750 tvit deməkdir.[29] 2011-ci ilin martında bu nəticə daha da inkişaf edərək, gündəlik 140 milyon tvitə çatmışdı.[30] Compete.com-un açıqlamasına görə, Twitter əvvəl 22-ci yerdə olsa da, çox sürətlə genişlənərək, 2009-cu ildə dünyanın üçüncü ən geniş sosial şəbəkəsinə çevrilmişdir.[31]

Twitterin göstəriciləri dünyada məşhur tədbirlər zamanı daha da artır. Məsələn, 2010-cu il FIFA Dünya Çempionatı zamanı, 14 iyun 2010-cu il tarixində baş tutmuş Yaponiya-Kamerun qarşılaşması zamanı fanatlar hər saniyə ərzində 2940 tvit göndərirdilər. 2010-cu il NBA yarışları zamanı “Los Angeles Lakers” komandasının qələbə qazanmasından sonra record yenilənmiş və saniyədə 3085 tvit göndərilmişdir.[32] Yenidən Dünya Çempionatında Yaponiyanın Danimarka üzərində qələbə qazanması zamanı saniyədə 3283 tvitlə record yenilənmişdir.[33] 2011-ci ildə Qadınlar arasında FIFA Dünya Çempionatı zamanı, Yaponiya-ABŞ qarşılaşması zamanı record yenilənmiş və saniyədə 7196 tvit göndərilmişdir.[34] 25 iyun 2009-cu ildə Maykl Ceksonun ölümündən sonra insanların “Michael Jackson” sözü yazılmış statuslar paylaşmasından sonra, bir saatda 100.000 tvit qəbul edən Twitter serverləri xarab olmuşdu.[35] 1 yanvar 2013-cü ildə Yapon Standart Zaman Qurşağında yaşayan bütün insanların yeni il başlaması münasibətiylə statuslarını yeniləməsi yeni rekordun yaranmasına səbəb olmuş və saniyədə 33.388 tvit yazılmışdı.[36]

11 aprel 2010-cu ildə Twitter, proqram inkişaf etdiricisi olan Atebitsi əldə etmişdir. Atebits “Apple Design Award” mükafatı laureate olab Twitter müştərisi “Tweetie” tərəfindən MaciPhone üçün yaradılmışdır. Proqram hazırda “Twitter” adlandırılır və Twitter tərəfindən iPhone, iPad və Mac üçün azad yekləməyə təqdim edilir[37].

2010-cu ilin sentyabr-oktyabr aylarında kompaniya twitter.com ünvanında “Yeni Twitter” adı ilə saytın yenilənmiş versiyasını təqdim etmişdir. İstifadəçilərə səhifəni tərk etmədən linkə klikləməklə YouTubeFlickr də daxil olmaqla başqa saytlardan keçid verilmiş media fayllara baxmaq, həmçinin twitter.com-un “blek bar”ında yerləşdirilmiş düymələr vasitəsiylə “Mesajlar” və “Hesabdan çıxma” əməliyyatları yerinə yetirmə, '@mentions' və “Retvitlər” vasitəsiylə interfeysi tamamlama imkanları verilmişdir. 1 noyabr 2010-cu ildə kompaniya “Yeni Twitter təcrübəsi”ni bütün istifadəçilər üçün açıq elan etmişdir.

5 aprel 2011-ci ildə Twitter yeni əsas səhifənin teztsinə başlamış və tədricən “Köhnə Twitter” sıradan çıxarılmışdır.[38] Lakin yeni əsas səhifənin istifadəyə verilməsindən sonra bir müddət problem yaşanış və parallel olaraq köhnə əsas səhifə də istifadə edilmiş, yeni əsas səhifə 20 apreldə təkrarən daxil edilmişdir[39][40].

8 dekabr 2011-ci ildə Twitterin gələcəyə “Uçuş” mövzusunda dizayının işlənməsinə başlandı və bu dizaynın saytdan yeni istifadə etməyə başlayanların işini asanlaşdıracağı bildirildi. Əlavə olaraq Ev, Əlaqə və Kəşf et düymələri də təqdim edildi, tvitlərin xronologiya dizaynı yeniləndi. Saytın yeni görünüşü Facebook ilə müqayisə edildi.[41][42]

21 fevral 2012-ci ildə Twitter və Yandexin əməkdaşlıq haqqında razılığa gəldikləri elan edildi. Rusiya axtarış sistemi olan Yandex, Twitterin real xəbərlərindən istifadə etdiyi müddətdə öz dəyərini daha da artırdı. Twitterin biznesin inkişafı üzrə direktoru bildirdi ki, istifadəçilərin getdiyi yerdə Twitter məzmunlarının olması mühümdür[43].

21 mart 2012-ci ildə Twitter 6 yaşını qeyd etdiyi gündə istifadəçilərin sayının 140 milyona, gündəlik tvit sayının isə 340 milyona çatdığı elan edildi. 2011-ci ilin sentyabrında istifadəçilərin sayı 100 milyon olmuş və keçmiş bir il ərzində bu say 40 faiz artmışdı[44].

2012-ci ilin aprelində Twitter məşhur brendlər və reklam agentlikləri ilə birgə işləmək üçün Detroytdə ofisin açılacağını elan etdi.[45] Həmçinin Twitterin Dublin ofisi də genişləndirildi.[46]

5 iyun 2012-ci ildə şirkət bloqu vasitəsiylə Twitterin yeni simvolu təqdim edildi ki, bu simvolda, yazılar yığışdırılmış, əvəzinə saytın simvolu olan quş rəsmi böyüdülərək yerləşdirilmişdi.[47]

5 oktyabr 2012-ci ildə Twitter, Vine adlı video şirkətini aldı və 2013-cü ilin yanvar ayından onun istifadəsinə başladı.[48][49] 24 yanvar 2013-cü ildə Twitter Vineı müstəqil, istifadəçilərə 6 saniyəlik videolar çəkmək və paylaşmaq imkanı verən xidmət kimi təqdim etdi.[50] Paylaşılan Vine videoları birbaşa istifadəçinin Twitter hesabında da görünür. Lakin uyğunsuz mətnli videoların axını səbəbiylə hazırda Vine Apple App storeda 17+ olaraq yayılır.[51]

18 dekabr 2012-ci ildə aylıq 200 milyon aktiv istifadəçinin olması elan edildi. 2011-ci ilin sentyabrında isə aylıq 100 milyon aktiv istifadəçinin olması elan edilmişdi. 18 aprel 2013-cü ildə “Twitter Music” adı ilə iPhone üçün musiqi proqramı buraxıldı.[52] 28 avqust 2013-cü ildə Trendrrə sahibləndiyini elan etdi.[53]

Rəhbərlik[redaktə | əsas redaktə]

Baş icraçı direktor olaraq Dorsi şirkətin maliyyələşdirilməsinin ilkin iki mərhələsini, onu dəstəkləyən şirkətlərlə birgə həyata keçirmişdi.[54] 4 oktyabr 2010-cu ildə[55] Vilyams şirkətin baş meneceri vəzifəsindən imtina etdi.[56]

Əvvəllər Twitterin baş əməliyyatçı direktoru olmuş Dik Kostolo isə baş menecer vəzifəsində çalışmağa başladı. Twitter bloqunda verilən məlumata görə, 4 oktyabr 2010-cu ildə Vilyams hələdə vəzifəsində qalmış və şirkət strategiyasını tamamilə nəzarətində saxlamışdır.[57]

The New York Times”a görə “Mr. Dorsi və Mr. Kostolo Vilyams uzaqda olduğu müddətdə razılığa gəlmişdilər.”[58] “PC Magazine” isə qeyd edir ki, Vilyams şirkətdən uzaqlaşmaq fikrinə o qədər də yaxşı baxmırdı. O, yeni inkişaf layihəsi üzərində işə başlamaq istəyirdi, lakin Twitterin rəhbər direktorlarından biri vəzifəsinə gətirildi və “mümkün qədər kömək etməyə çalışdı.” Stoun hələ də Twitter üçün çalışır, lakin könüllü işlər və filantropiya işlərini həyata keçirir.[59]

2011-ci ilin martında məhsul inkişafına yönlənmiş icraçı sədr kimi Dorsi yenidən Twitter üçün çalışmağa başlamışdır. Aradakı vaxtında isə o ofisi Twitter in San Fransisko ofisi ilə yaxında yerləşən “Square”də (icraçı director kimi) çalşmağa davam edirdi.[58]

2011-ci ilin sentyabrında şirkətin idarə heyətinin üzvləri və investorları olan Fred Vilson və Bican Sabet Twitterin idarə heyətindən uzaqlaşdılar.[60] 2012-ci ilin oktyabrında Twitter, “Google”un keçmiş icraçı direktoru olan Met Derella ilə biznesin inkişaf etdirilməsi üzrə cavabdeh rəhbər vəzifəsinin icrası haqqında razılıq əldə edilməsi haqqında açıqlama verdi.[61]

Loqo[redaktə | əsas redaktə]

Twitter bütün dünyada özünəməxsus quş loqosu ilə tanınmaqdadır. Bu loqo 2006-cı ilin martında saytın fəaliyyətə başlamasından, 2010-cu ilin sentybarına kimi istifadə edilmişdir. Sayt yenidən dizyn edildikdə, loqo da bir qədər dəyişdirilərək, yeni dizaynda təqdim edilmişdir.

27 fevral 2012-ci ildə şirkətin işçilərindən birinin şirkətin loqosunun təkmilləşdirilməsi haqqında yazdığı tvitdən sonra şirkətin kreativ direktoru ilə açılmış müzakirə zamanı bəlli olmuşdur ki, loqodakı “Quş Larri” NBA-nın Boston Celtics komandasının oyunçusu Larri Bördün şərəfinə adlandırılıb. Bu məlumat sonradan, 2011-ci ilin avqustunda Boston Celticsin mətbuatla əlaqələrə cavabdeh rəhbərinin Twitterin yaradıcılarından biri Biz Stounla bu haqqda danışması zamanı bird aha təsdiqlənmişdi.[62]

5 iyun 2012-ci ildə Twitterin loqosu yenidən dizayn edildi, "Quş Larri" sadəcə "Twitter quşu" adlandırıldı və yazı yığışdırılaraq, sadəcə quşdan ibarət loqo təqdim edildi. Bir müddət sonra bu quş loqosu şirkətin əsas simvolu kimi qəbul edildi.[63] Twitterin dizayneri olan Duqlas Boumana görə, yeni loqo qaratoyuqlar dəstəsindən Mavi Lazar quşunun təsviridir.[64]

15 iyul 2006 -
14 sentyabr 2010
14 sentyabr 2010 -
5 iyun 2012
5 iyun 2012 -
bu günə kimi

Xüsusiyyətlər[redaktə | əsas redaktə]

Vikipediyanın rəsmi Twitter hesabı.

Tvitlər[redaktə | əsas redaktə]

Tvitlər istifadəçi tərəfindən yazılmış və dərc edilmiş qısa mətnlərdir ki, həmin mətnlər digər Twitter istifadəçiləri tərəfindən görülür, lakin həmin mətnləri görən istifadəçilərin sayı istifadəçini izləyən istifadəçilərin sayı ilə məhdudlaşır. İstifadəçilər tvitlərini Twitter vebsaytı və ya ölkələrində fəaliyyət göstərən Qısa Mesaj Servisləri (SMS) vasitəsiylə yaza bilərlər..[65] Xidmət pulsuz olsa da, mobil operator mesajı Twitterə çatdırmaq üçün balansdan məbləğ çıxa bilər.

İstifadəçilər bir-birininə abunə yazıla bilirlər ki, bu hərəkət istifadəçini izləmək, bu hərəkəti edən istifadəçi isə izləyici adlanır.[66] Müxtəlif xidmətlər vasitəsiylə izləyici onu izləməkdən imtina edən istifadəçiləri təyin edə bilir.[67] Twitter istifadəçilərə profillərini mobil telefonları, smartfon və tabletləri vasitəsiylə də yeniləmək imkanı verir.[68]

Twitter veb əsaslı Internet Relay Chat (IRC) klientləri ilə müqayisə edilə bilər. “Time” jurnalının 2009-cu il nömrələrinin birində texnologiya məqalələri müaəllifi Stiven Conson Twitterin “olduqca sadə” texniki özül üzərində qurulduğunu iddia edir.[69]

"Sosial şəbəkə kimi, Twitter izləyicilərin fəaliyyəti əsasında formalaşır. Belə ki, sən digər Twitter istifadəçilərini izlədikdən sonra həmin izləyicilərin yazdıqları tvitləri görməyə başlayırsan. Əgər sən iyirmi nəfəri izləyirsənsə, həmin iyirmi nəfərin müxtəlif mövzularda paylaşmalarını, musiqi və video məsləhətlərini görə bilərsən."

Məzmun[redaktə | əsas redaktə]

Pear Analyticsə görə tvitlərin məzmunu      Xəbərlər (3.6%)      Spam (3.8%)      Özünü reklam (5.9%)      Mənasız boşboğazlıq (40.1%)      Söhbət (37.6%)      Vacib müzakirələr (8.7%)

San-Antoniodan olan marketinq-araşdırma firması “Pear Analytics” 2009-cu ilin avqustunda 11:00 am ilə 5:00 pm arasında iki həftə ərzində 2,000 tviti (ABŞ və İngiltərədən yazılmış) araşdırmış və onları altı qrupa bölmüşdür:[70]

  • Mənasız boşboğazlıq – 40%
  • Söhbət – 38%
  • Vacib müzakirələr – 9%
  • Özünü reklam – 6%
  • Spam – 4%
  • Xəbərlər – 4%

Sosial şəbəkə tədqiqatçısı Dana Boyd qeyd edir ki, “Pear Analytics” tənqidçiləri hər şeyi ümumiləşdirərək “Mənasız boşboğazlıq” adlandırsalar da bu müzakirələri “sosial problemlər” və ya “periferik maarifləndirmə” adlandırmaq daha yaxşı olardı.[71]

Format[redaktə | əsas redaktə]

İstifadəçilər sözün və ya ifadənin qarşısına "#" işarəsi yazmaqla haştaqlar formalaşdırır, eyni mövzuda tvitlər yaza və bu tvitləri bir başlıq altında toplaya bilirlər. Eyni şəkildə "@" işarəsi istifadəçini işarələmək və ya istifadəçiyə cavab vermək üçün istifadə olunur.[72] Başqa istifadəçinin yazdığı tviti səni izləyən istifadəçilər arasında bölüşmək üçün retvit finksiyası vardır ki, bu da "RT" şəklində simvolizə edilir.

2009-cu ilin sonlarında əlavə olaraq “Twitter siyahıları” adlı funksiya da əlavə edilmişdir ki, bu funksiya sayəsində siyahıda olan istifadəçilərlə birgə əlaqə saxlamaq və ya onlara cavab vermək mümkün olmuşdur[66][73].

İstifadəçilər Twitterlə SMS vasitəsiylə beş yolla: ABŞ, Kanada, Hindistan, Yeni ZellandiyaMen adasının qısa kodları ilə əlaqə saxlaya bilirlər. Həmçinin Birləşmiş Krallığın da qısa kodu vardır ki, bu kod yalnız Vodafone, O2[74] və Orange[75] şəbəkələrindən istifadə edənlər üçün açıqdır. Hindistanda tvitlər yalnız Bharti Airtel[76] tərəfindən dəstəklənir, altrenativ platform isə smsTweet[77] adlandırılır.[78] Sinqapur, MalaziyaFilippinlərdə istifadəçilərə təqdim edilən oxşar platform GladlyCast adlandırılır.[79]

Standart SMS işarələrini özündə birləşdirən tvitlər 140 işarə ilə məhdudlaşır. 140 İşarə məhdudiyyəti həmçinin URL qısaldıcı xidmətlər olan bit.ly, goo.gl, və tr.im-dən istifadə zamanı da keçərlidir. Həmçinin, Twitpic, memozu.com və NotePub kimi məzmun hostinq xidmətləri də multimedia fayllarının yerləşdirilməsi zamanı 140 işarəlik liiti gözləyirlər. 2011-ci ilin iyunundan Twitter bütün URLlərin qısaldılması üçün şəxsi t.co domenindən istifadə etməkdədir[80].

Statistika[redaktə | əsas redaktə]

Ən məşhur hesablar[redaktə | əsas redaktə]

7 sentyabr 2013-cü ildə ən çox izləyicisi olan on məşhur hesabın kimlərə məxsus olduğu açıqlanmışdır:

  1. Castin Biber (dünya üzrə 44.1 milyon izləyici)
  2. Keti Perri (42.2m)
  3. Ledi Qaqa (40.0m)
  4. Barak Obama (36.2) - siyasətçilər arasında ən çox məşhur hesab.
  5. Teylor Svift (33.6m)
  6. YouTube (33.1m) - şəxsə məxsus olmayan ən məşhur hesab.
  7. Britni Spirs (31.6m)
  8. Rihanna (31.5m)
  9. Instagram (26.0m)
  10. Castin Timberleyk (25.3m)

Digər seçilmiş hesablar:

12. Twitter (23.3m)
16. Kriştiano Ronaldo (21.0m) - idmançılar arasında ən məşhur hesab.
58. Barselona (9.9m) - futbol klubları arasında ən məşhur hesab.

Köhnə hesablar[redaktə | əsas redaktə]

Twitterin ən köhnə hesabları 21 mart 2006-cı ildə yaradılmış hesabdır ki, onların arasında @jack (Cek Dorsi), @biz (Biz Stoun) və @noah (Noy Qlas) hesabları öncülük edir.[81]

Rekord tvitlər[redaktə | əsas redaktə]

3 fevral 2013-cü ildə Twitter rekord sayda - 24.1 milyon tvitin Super Bowl XLVII gecəsi göndərildiyini elan etmişdi.[82]

İstinadlar[redaktə | əsas redaktə]

  1. Jack Dorsey confirmé aux commandes de TwitterEurope 1, 2015.
  2. 1 2 Dorsey, Jack (March 21, 2006). "just setting up my twttr". Twitter. İstifadə tarixi: 9 sentyabr 2013.
  3. Twitter Shifting More Code to JVM, Citing Performance and Encapsulation As Primary Drivers — 2011.
  4. https://www.alexa.com/siteinfo/twitter.com
  5. Twitter Search Team (May 31, 2011). "The Engineering Behind Twitter's New Search Experience". Twitter Engineering Blog. Twitter. İstifadə tarixi: 09 sentyabr 2013.
  6. Twitter turns six Twitter.com, March 21, 2012. Retrieved 9 sentyabr 2013.
  7. "Top Sites". Alexa Internet. İstifadə tarixi: 2013-05-13.
  8. D'Monte, Leslie (April 29, 2009). "Swine Flu's Tweet Tweet Causes Online Flutter". Business Standard. İstifadə tarixi: February 4, 2011. Also known as the 'SMS of the internet', Twitter is a free social networking and micro-blogging service
  9. Twitter via SMS FAQ Retrieved April 13, 2012.
  10. Miller, Claire Cain (October 30, 2010). "Why Twitter's C.E.O. Demoted Himself". The New York Times. İstifadə tarixi: October 31, 2010.
  11. "Co-founder of Twitter receives key to St. Louis with 140 character proclamation". ksdk.com. KSDK. September 19, bjhdfghjj2009. İstifadə tarixi: September 29, 2009. After high school in St. Louis and some time at the University of Missouri-Rolla, Jack headed east to New York University.
  12. Williams, Evan (April 13, 2011). "It's true..." Twitter. İstifadə tarixi: April 26, 2011.
  13. Sagolla, Dom (January 30, 2009). "How Twitter Was Born". 140 Characters – A Style Guide for the Short Form. 140 Characters. İstifadə tarixi: 9 sentyabr 2013.
  14. Sano, David (February 18, 2009). "Twitter Creator Jack Dorsey Illuminates the Site's Founding Document". Los Angeles Times. İstifadə tarixi: 9 sentyabr 2013.
  15. How Twitter Was Founded. Business Insider (2011-04-13). Retrieved on 2013-09-09.
  16. Arrington, Michael (July 15, 2006). "Odeo Releases Twttr". TechCrunch. AOL. İstifadə tarixi: 9 sentyabr 2013.
  17. Malik, Om (October 25, 2006). "Odeo RIP, Hello Obvious Corp". GigaOM. İstifadə tarixi: 9 sentyabr 2013.
  18. Madrigal, Alexis (April 14, 2011). "Twitter's Fifth Beatle Tells His Side of the Story". The Atlantic. İstifadə tarixi: 9 sentyabr 2013.
  19. Lennon, Andrew. "A Conversation with Twitter Co-Founder Jack Dorsey". The Daily Anchor. İstifadə tarixi: 9 sentyabr 2013.
  20. Douglas, Nick (March 12, 2007). "Twitter Blows Up at SXSW Conference". Gawker. İstifadə tarixi: 10 sentyabr 2013.
  21. Levy, Steven (April 30, 2007). "Twitter: Is Brevity The Next Big Thing?". Newsweek. İstifadə tarixi: 10 setyabr 2013.
  22. Terdiman, Daniel (March 10, 2007). "To Twitter or Dodgeball at SXSW?". CNET. CBS Interactive. İstifadə tarixi: February 4, 2011.
  23. Stone, Biz (February 4, 2011). "We Won!". Twitter Blog. Twitter. İstifadə tarixi: May 7, 2008.
  24. Press reliz (January 22, 2010). "Media Advisory M10-012 – NASA Extends the World Wide Web Out into Space". NASA. Retrieved 9 sentyabr 2013.
  25. Arrington, Michael (August 23, 2010). "Twitter Hires Adam Bain Away from News Corp. as President of Revenue". TechCrunch. AOL. İstifadə tarixi: 10 sentyabr 2013.
  26. Cashmore, Pete (review essay) (September 16, 2010). "'New Twitter' Shows the Web Isn't Dead". CNN. İstifadə tarixi: February 5, 2011.
  27. Beaumont, Claudine (February 23, 2010). "Twitter Users Send 50 Million Tweets Per Day – Almost 600 Tweets Are Sent Every Second Through the Microblogging Site, According to Its Own Metrics". The Daily Telegraph. London. İstifadə tarixi: 10 sentyabr 2013.
  28. Staff writer (March 4, 2010). "Twitter Registers 1,500 Per Cent Growth in Users". New Statesman. İstifadə tarixi: 10 sentyabr 2013.
  29. Garrett, Sean (June 18, 2010). "Big Goals, Big Game, Big Records". Twitter Blog (blog of Twitter). İstifadə tarixi: 10 sentyabr 2013. (#apostrophe_markup)
  30. "Twitter Blog: #numbers". Blog.twitter.com. 2011-03-14. İstifadə tarixi: 2013-09-10.
  31. Kazeniac, Andy (February 9, 2009). "Social Networks: Facebook Takes Over Top Spot, Twitter Climbs". Compete Pulse (blog of compete.com). İstifadə tarixi: 10 sentyabr 2013. (#apostrophe_markup)
  32. Miller, Claire Cain (June 18, 2010). "Sports Fans Break Records on Twitter". Bits (blog of The New York Times). İstifadə tarixi: 10 sentyabr 2013. (#apostrophe_markup)
  33. Van Grove, Jennifer (June 25, 2010). "Twitter Sets New Record: 3,283 Tweets Per Second". Mashable. İstifadə tarixi: 10 sentyabr 2013.
  34. "Women's World Cup Final breaks Twitter record". ESPN. 2011-07-18. İstifadə tarixi: 10 sentyabr 2013. (#apostrophe_markup)
  35. Shiels, Maggie (June 26, 2009). "Web Slows After Jackson's Death". BBC News. İstifadə tarixi: 10 sentyabr 2013.
  36. "Tweets-Per-Second Record Set By Japan, Korea On New Year's Day 2013". The Huffington Post. January 2, 2013. İstifadə tarixi: 10 sentyabr, 2013.
  37. Miller, Claire Cain (April 11, 2010). "Twitter Acquires Atebits, Maker of Tweetie". Bits (blog of The New York Times). İstifadə tarixi: 10 sentyabr 2013. (#apostrophe_markup)
  38. Praetorius, Dean (2011-05-04). "Twitter Users Report Twitter.com Has A New Homepage (SCREENSHOTS)". Huffingtonpost.com. İstifadə tarixi: 10 sentyabr 2013.
  39. Dunn, John E (2011-04-06). "Twitter Delays Homepage Revamp After Service Glitch". PCWorld. İstifadə tarixi: 10 sentyabr 2013.
  40. Crum, Chris (April 20, 2011). "New Twitter Homepage Launched". İstifadə tarixi: 10 sentyabr 2013.
  41. "Twitter: Yours to discover". Fly.twitter.com. İstifadə tarixi: 10 sentyabr 2013.
  42. Twitter / YouTube (2010-04-07). "Twitter 2.0: Everything You Need To Know About The New Changes". Fox News. İstifadə tarixi: 10 sentyabr 2013.
  43. Prodhan Georgina February 21, 2012. “Twitter partners with Yandex for real-time search.”
  44. Wasserman, Todd. March 21, 2012. "Twitter Says It Has 140 Million Users"
  45. "Twitter heads to Motown to be closer to automakers". Reuters. 2012-04-04. İstifadə tarixi: 10 sentyabr 2013.
  46. "Twitter to create 12 jobs as it scales up Irish operations". Irish Independent. 2012-04-04. İstifadə tarixi: 10 sentyabr 2013.
  47. Rodriguez, Salvador (2012-06-06). "Twitter adopts new bird logo". latimes.com. İstifadə tarixi: 10 sentyabr 2013.
  48. "Twitter Acquires Video Service; Are Third Party Video Developers In Danger Now Too?". MediaBistro. October 9, 2012. İstifadə tarixi: 10 sentyabr 2013.
  49. "Twitter Buys Vine, a Video Clip Company That Never Launched". All Things D. October 9, 2012. İstifadə tarixi: 10 sentyabr 2013.
  50. Dredge, Stuart (January 23, 2013). "Vine iPhone app brings short, sharp video to Twitter". The Guardian. İstifadə tarixi: 10 sentyabr, 2013.
  51. "Twitter's Vine Changes App Store Rating to +17, Adds Social Sharing Features". ABC News.
  52. Ulanoff, Lance. "Twitter Launches Twitter #music App and Service". Mashable. Mashable. İstifadə tarixi: 28 April 2013.
  53. "Twitter acquires real-time social data company Trendrr to help it better tap into TV and media". The Next web. August 28, 2013. İstifadə tarixi: 10 sentyabr, 2013.
  54. Miller, Claire Cain; Goel, Vindu (October 16, 2008). "Twitter Sidelines One Founder and Promotes Another". Bits (blog of The New York Times). İstifadə tarixi: 10 sentyabr, 2013. (#apostrophe_markup)
  55. Miller, Claire Cain (October 20, 2008). "Popularity or Income? Two Sites Fight It Out". The New York Times. İstifadə tarixi: 10 sentyabr 2013.
  56. McCarthy, Caroline (October 16, 2008). "Twitter CEO Jack Dorsey Steps Down". CNET. CBS Interactive. İstifadə tarixi: 10 sentyabr 2013.
  57. Staff writer (October 4, 2010). "#newtwitterceo". Blog of Twitter. İstifadə tarixi: 10 sentyabr, 2013.
  58. 1 2 Miller, Claire Cain (March 28, 2011). "Two Twitter Founders Trade Places". The New York Times. İstifadə tarixi: 10 sentyabr 2013.
  59. Albanesius, Chloe (March 29, 2011). "Twitter's Evan Williams Confirms Departure". PC Magazine. Ziff Davis. İstifadə tarixi: 10 sentyabr 2013.
  60. "Twitter Shakes Things Up Again: Fred Wilson, Bijan Sabet Leaving Board - Peter Kafka - Social". AllThingsD. 2011-09-16. İstifadə tarixi: 10 sentyabr 2013.
  61. Olanoff, Drew. "Twitter Poaches Former Google Exec Matt Derella As New Director Of Agency Business Development." October 23, 2012. Retrieved 10 sentyabr 2013.
  62. Freeman, Eric (August 2011). "Twitter's Logo Is Named After Larry Bird". Yahoo!Sports. İstifadə tarixi: 10 sentyabr 2013.
  63. Griggs, Brandon (June 7, 2012). "Twitter's bird logo gets a makeover". CNN. İstifadə tarixi: 10 sentyabr 2013.
  64. Bowman, Douglas (June 6, 2012). Quora http://www.quora.com/Birds/What-is-the-new-Twitter-bird-logos-species (#bare_url_missing_title). İstifadə tarixi: 10 sentyabr 2013.
  65. "Using Twitter with Your Phone". Twitter Support. İstifadə tarixi: 10 sentyabr 2013. We currently support 2-way (sending and receiving) Twitter SMS via short codes and one-way (sending only) via long codes.
  66. 1 2 Stone, Biz (October 30, 2009). "There's a List for That". blog.twitter.com. İstifadə tarixi: 10 sentyabr 2013.
  67. "Who Unfollowed Me : ShawnTimes Profile | The Free Social Media Directory". En.shawntimes.com. İstifadə tarixi: 10 sentyabr 2013.
  68. "Mobile Apps".
  69. Johnson, Steven (June 5, 2009). "How Twitter Will Change the Way We Live". Time. İstifadə tarixi: 10 sentyabr 2013.
  70. Ryan Kelly, ed. (August 12, 2009). "Twitter Study – August 2009". Twitter Study Reveals Interesting Results About Usage (PDF). San Antonio, Texas: Pear Analytics. 2011-07-15 tarixində orijinalından (PDF) arxivləşdirilib.
  71. Danah Boyd (August 16, 2009). "Twitter: "pointless babble" or peripheral awareness + social grooming?". İstifadə tarixi: 10 sentyabr 2013.
  72. Strachan, Donald (February 19, 2009). "Twitter: How To Set Up Your Account". The Daily Telegraph. London. İstifadə tarixi: 10 sentyabr 2013.
  73. Staff writer (undated). "Twitter Lists!". Support forum at help.twitter.com. İstifadə tarixi: 10 sentyabr 2013.
  74. Andrews, Robert (March 27, 2009). "Twitter Brings Back UK SMS; Vodafone First, Others To Follow". The Guardian. London. İstifadə tarixi: 10 sentyabr 2013.
  75. "Blog.Twitter.com". Blog.Twitter.com. November 16, 2009. İstifadə tarixi: 10 sentyabr 2013.
  76. Kutty, Darpana (October 15, 2009). "Twitter, Bharti Airtel Tie-Up To Activate Twitter SMS Service in India". TopNews. İstifadə tarixi: 10 sentyabr 2013.
  77. "SMStweet :: Send Twitter Message sing SMS in India". India. İstifadə tarixi: April 3, 2010.
  78. Balanarayan, N.T. (December 17, 2009). "Tweeting Via SMS Is In, the Way It Should Be". Daily News and Analysis. İstifadə tarixi: 10 sentyabr 2013.
  79. "Update Twitter or Plurk by sending an SMS to a Singapore or Malaysia local number". Singapore. İstifadə tarixi: 10 sentyabr 2013.
  80. Staff writer (undated). "About Twitter's Link Service <http://t.co>". Twitter Help Center (module of Twitter). İstifadə tarixi: February 23, 2011.
  81. "Search by Twitter bio, name, URL, location, more". Followerwonk. İstifadə tarixi: 10 sentyabr 2013.
  82. "LIVE ACTION: TWITTER GRABS SUPER BOWL SPOTLIGHT". Associated Press. İstifadə tarixi: 10 sentyabr 2013.

Ədəbiyyat[redaktə | əsas redaktə]

Xarici keçidlər[redaktə | əsas redaktə]

Həmçinin bax[redaktə | əsas redaktə]