Filip Mauntbetten

Vikipediya, azad ensiklopediya
Jump to navigation Jump to search
Filip Mauntbetten
Prince Philip
Prince Phillip looking at City Hall, November 2008 cropped.jpg
bayraqBöyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının 12-ci monarxının həyat yoldaşı, kral-konsort
6 fevral 1952-ci ildən
Şəxsi məlumatlar
Təhsili
Doğum tarixi 10 iyun 1921 (1921-06-10) (99 yaş)
Doğum yeri Korfu, Yunanıstan
Həyat yoldaşı II Elizabet
Uşağı
Hərbi xidmət
Qoşun növü Krallıq donanması, Britaniya Ordusu[d]
Rütbəsi feldmarşal[d]
Döyüşlər
Commons-logo.svg Vikianbarda əlaqəli mediafayllar

Filip Mauntbetten və ya şahzadə Filip, Edinburq hersoqu və ya kral-konsort (10 iyun 1921(1921-06-10)[5][6][…], Mon Repos[d], Corfu[d], Yunanıstan Krallığı) —

Həyatı[redaktə | əsas redaktə]

Filip Mauntbetten qriqorian təqvimi ilə 10 iyun 1921-ci ildə Yunanıstanın Korfu şəhərində anadan olmuşdur,[8] Ancaq o dövrdə Yunanıstan yulian təqvimidən istifadə etdiyinə görə onun doğum şəhadətnaməsində 28 may 1921 -ci il qeyd edilib.[9] Kraliça II Elizabetin həyat yoldaşıdır.

O, yunan və danimarka kral ailəsindən olanların ailəsində anadan olub. O körpə olarkən ailələri Yunanıstandan çıxarılıb. Almaniya və Şotlandiyada alman yəhudilərinin məktəblərində dərs alıb. 18 yaşında Bğyük Britaniya Hərbi Qəniz Qüvvələrində qulluğa gedir və İkinci dünya müharibəsində iştirak edir. Bu zaman onun iki qardaşı Almaniya vətəndaşı kimi əks tərəfdə vuruşurlar.

Müharibədən sonra o, 1939-cu ildə tanış olduğu kral V Georqun qızı və Britaniya taxt-tacının vəliəhdi Elizabet ilə münasibətlərini davam etdirir. Ancaq milli köklərinin və provoslav dininin onun izdivacına mane olacağını görərək anasının Britaniya soyadını götürür. Rütbəsindən də imtina edərək Leytenant Filip Mauntbetten rəsmi ad və titulunu götürür. Eyni zamanda xristian dininin provoslav kilsəsindən anqlikan kilsəsinə keçir.

Həmin il vəliəhd şahzadə Elizabet ilə kəbin kəsdirir. Toydan sonra Elizabetin atası kral V Georq tərəfindən ona Edinburq hersoquKral həzrətləri titulları verilir. 1952-ci ildə Elizabet kraliça elan edildikdən sonra o, hərbi xidmətini dayandırır və kraliçanı müşaiyət etməyə başlayır. 1957-ci ildə həyat yoldaşı II Elizabet ona Britaniya şahzadəsi titulu verir. O, kraliça ilə ən çox ömür sürmüş həyat yoldaşı və ən yaşlı monarx əridir.[10]

İstinadlar[redaktə | əsas redaktə]

  1. https://www.independent.co.uk/arts-entertainment/a-strange-life-profile-of-prince-philip-1563268.html
  2. 1 2 3 4 Lundy D. R. The Peerage
  3. 1 2 3 4 https://www.royal.uk/the-duke-of-edinburgh
  4. 1 2 3 4 Kindred Britain
  5. Almaniya Milli Kitabxanası, Berlin Dövlət Kitabxanası, Bavariya Dövlət Kitabxanası və b. Record #118742140 // Ümumi tənzimləmə nəzarəti (GND) — 2012—2016.
  6. SNAC — 2010.
  7. Discogs — 2000.
  8. Bell, Lynne (2007), Queen and Consort: Elizabeth and Philip - 60 Years of Marriage, Dundurn Press, səh. 83, ISBN 1550027255
  9. Higham, Charles (1991), Elizabeth and Philip: The Untold Story, Sidgwick & Jackson, səh. 73, ISBN 0283998873 (#parameter_ignored)
  10. "Prince Philip breaks royal record". Nine News. 18 April 2009. İstifadə tarixi: 18 April 2009.